Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı
dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq,
avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər
edilib.
Nazirlikdən
Trend-ə verilən məlumata görə, təhlillər nəticəsində Bakı –
Şuşa – Bakı istiqamətində reyslərin sayının artırılması qərara
alınıb.
İyun ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı
istiqamətində həftədə 5 dəfə səfər edə biləcəklər.