Bakı–Şuşa–Bakı avtobus reyslərinin sayı artırılır

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı
dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq,
avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər
edilib.

Nazirlikdən
Trend
-ə verilən məlumata görə, təhlillər nəticəsində Bakı –
Şuşa – Bakı istiqamətində reyslərin sayının artırılması qərara
alınıb.

İyun ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı
istiqamətində həftədə 5 dəfə səfər edə biləcəklər.

Teqlər: