Bulvarda sökülən atraksionların yerinə yeniləri quraşdırılacaq? – AÇIQLAMA

Tezliklə dərs mövsümi başa çatır və məktəblilər yay tətilinə
buraxılırlar. Yay tətilində uşaqların ən çox üz tutduğu məkanlardan
biri isə Dənizkənarı Bulvar, buradakı atraksionlardır.

Lakin bir müddətdir ki, Bulvar ərazisində bəzi atraksionların
istifadəsi dayandırılıb, bir neçə atraksion sökülüb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Dənizkənarı Bulvar İdarəsinin
sədrinin müşaviri Könül İmamverdiyeva bildirib ki, həmin
atraksionların istismar müddəti bitdiyi üçün sökülüb.

“Yaxın gələcəkdə yeni atraksionların quraşdırılması gözlənilir.
Hazırda yeni atraksionların quraşdırılması ilə bağlı investorlarla
danışıqlar aparılır”, – deyə K.İmamverdiyeva bildirib.

Teqlər: