Bakı Nəqliyyat Agentliyi yeni formada fəaliyyətə başlayacaq

Bakı Nəqliyyat Agentliyi artıq yeni formada fəaliyyətə
başlayacaq.

AzerTimes-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı
Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.

O bildirib ki, bütün sahələrdə olduğu kimi nəqliyyat sahəsində
də islahatlar gedir:

“Təbii ki, vaxt lazımdır. Artıq yeni qərarqəbul olunub. Bu gün
Nazirlər Kabinetində yeni əsasnamə hazırlanır, vəzifələr bölgüsü
aparılır. Yəqin ki, müxtəlif strukturlar arasında vəzifə bölgüsü
olacaq: polis, Bakı Şəhər İcra Hakimiyyəti.

Bakı Nəqliyyat Agentliyi də artıq yeni formada fəaliyyətə
başlayacaq. Hər halda əsasnamə hazır olandan sonra ictimaiyyətə
təqdim olunacaq. İslahatlar dövrüdür və bu, təbii haldır”, –
E.Əzizov deyib.

Teqlər: