Bakı Neft Emalı Zavodunda hidrogen istehsalı təşkil olunacaq (ÖZƏL)

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (NEZ) hidrogen
istehsalı təşkil olunacaq.

Bunu Trend
SOCAR-ın “Downstream Management” şirkətinin Baş direktorunun
müavini Emil Alxaslı deyib.

Onun sözlərinə görə, NEZ-in modernləşdirilməsi və
rekonstruksiyası layihəsi çərçivəsində hidrogen istehsalı
avadanlığının quraşdırılması nəzərdə tutulub.

“Həmin avadanlıq 2022-ci ilin yarısında artıq istismara verilə
bilər. Həmçinin, AVRO-5 standartlı dizel yanacağının istehsalı üçün
qurğular istifadəyə veriləcək”, – deyə o bildirib.

Qeyd edək ki, Bakı NEZ-də istehsal gücünün artırılması,
respublikanın “AVRO-5” standartına uyğun olan yüksək keyfiyyətli
yanacaqla təmin edilməsi, ətraf mühitə təsirlərin minimuma
endirilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft
məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata
keçirilən modernizasiya və yenidənqurma işləri davam edir.

Layihə çərçivəsində NEZ-də əməliyyat mükəmməlliyi və dayanıqlığı
proqramı həyata keçirilir. Proqram çərçivəsində NEZ-in 2022-ci il
üzrə əsaslı təmirlə bağlı iş həcmi müəyyənləşdirilib və kompleks
tədbirlər planı hazırlanıb.

Nəticədə 4 aprel 2022-ci il tarixdən etibarən “NEZ” əsaslı
planlı təmirə dayandırılıb. 2022-ci ilin əsaslı təmiri NEZ-də uzun
müddətli (bir ildən çox) fasilədən sonra həyata keçirilir, işlər
həcminə və mürəkkəbliyinə görə əvvəlki illərin təmir işlərindən
kəskin fərqlənir. Təmirə dayanma zamanı SOCAR və kənar
təşkilatlardan 2000-dən çox işçi qüvvəsi cəlb ediləcək.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: