Bakı Limanı ilə Yunanıstanda yerləşən limanlar arasında əməkdaşlıq genişləndiriləcək (FOTO)

Bakı Limanıda əməliyyatlar olduqca operativdir.

Bakı Limanından AzerTimes-a verilən məlumata görə, bunu Yunanıstanın
Azərbaycandakı səfiri Nikolaos Piperiqkos Bakı Limanına səfəri
zamanı qeyd edib.

Belə ki, bu gün Yunanıstanın Azərbaycandakı səfiri cənab
Nikolaos Piperiqkos Bakı Limanına səfər edib və limanın rəhbərliyi
ilə görüşüb.

Bakı Limanın Baş direktor, Taleh Ziyadov səfiri salamlayaraq,
limanın tranzit imkanlarının maksimuma çatdırılması və Azərbaycanın
1000 km radiusunda 130 milyon insana xidmət göstərəcək əsas ticarət
və logistika mərkəzinə çevrilməsi istiqamətində həyata keçirilən
fəaliyyətlər və planlar barədə danışıb.

Səfir Piperiqkos vurğuladı ki, limanın əməliyyatları və
xidmətləri olduqca operativdir və Səfirlik Bakı Limanı ilə
Yunanıstanda yerləşən limanlar arasında əməkdaşlığn yaradılmasına
təkan verəcək fəaliyyətlərə dəstək olacaq.

Görüşdən sonra qonaq limanın terminallarına səfər edib.

Teqlər: