Azərbaycandan Avropaya enerji daşıyıcıları tədarükü artım üçün böyük şansa malikdir – Svante Kornell

Cənubi Qafqazdan və Azərbaycan vasitəsilə Mərkəzi Asiyadan Aİ-yə
enerji daşıyıcıları tədarükü artım üçün böyük şansa malikdir.

Trend-in məlumatına görə, bunu ADA
Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq”
mövzusunda beynəlxalq konfransın iştirakçısı İsveçin Təhlükəsizlik
Siyasəti və İnkişaf İnstitutunun direktoru Svante Kornell
deyib.

“Bərpa olunan enerjinin qısamüddətli perspektivdə təbii qazı
əvəz edəcəyi ilə bağlı qeyri-real gözləntilər ona gətirib çıxardı
ki, yekunda Avropanın alternativ enerjiyə marağı azaldı. Hazırda
Rusiyadan qaz tədarükündə fasilələrlə əlaqədar təbii qaza daha
böyük tələbat var. Bu, Avropadan ciddi investisiyalar və uzun vaxt
tələb edəcək. Razılaşmalar əldə olunub və boru xətləri müəyyən
gücədək tikilib. İndi qaz alıcıları Azərbaycanla yeni müqavilələr
imzalamalıdır”, – deyə S.Kornell bildirib.

O əlavə edib ki, yaxın zamanlarda Aİ ilə imzalanacaq saziş
Azərbaycan üçün çox vacibdir, belə ki, bu, tərəflər arasında bütün
sahələrdə daha mütəşəkkil və təkmil fəaliyyət mexanizmini ifadə
edir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: