Bakı-İsmayıllı yolunda qara görə avtobuslarının hərəkət istiqaməti dəyişdirildi

Ötən gecədən başlayaraq yağan güclü qar səbəbindən
Bakı-İsmayıllı avtomobil yolunda nəqliyyatın hərəkətində problemlər
yaranıb. Vətəndaşlarımız Novruz bayramı münasibətilə rayonlara üz
tuturlar. Yollar belə olduqda həmin istiqamətə hərəkət edən
sürücülər nə etməlidir?

Bu barədə Trend-in sorğusuna cavab olaraq Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyindən bildiriblər ki, Bakı-İsmayıllı
yolunda qarlı hava şəraiti ilə bağlı sərnişindaşıma, eləcə də
nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

“Alternativ olaraq sərnişindaşıma Bakı-Kürdəmir-Qazax yolu
vasitəsi ilə həyata keçirilir. Bakı-Zaqatala, Bakı-Balakən yolunda
hərəkət davam edir, heç bir çətinlik yoxdur. Bakı-Quba,Bakı-Qusar
istiqamətində qarlı hava şəraiti olsa da, yollar açıqdır”, – deyə
məlumatda qeyd olunub.

Teqlər: