Ağacların kəsilməsi faktları üzrə 5 cinayət işi açılıb

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf
mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması,
aşkar edilməsi və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli
qurumlarla birgə fəaliyyəti davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən AzerTimes-a bildirilib ki, Baş
Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən
Xaçmaz, Siyəzən, Zaqatala, Oğuz və Samux rayonlarının ərazilərində
aparılmış araşdırma nəticəsində 5 cinayət işi başlanılıb.

Aparılmış araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə də
qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan
ərazilərdə ağacların və meşə fonduna aid olmayan ağacların
kəsilməsi faktları öz təsdiqini tapıb.

Qanunsuz ağackəsmə hallarına aidiyyəti vəzifəli şəxslərin vəzifə
səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində yol verilməsi
müəyyən edildiyindən, faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1,
259.2.4 və 308.1-ci maddələri ilə cinayət işləri başlanılaraq
istintaqın aparılması üçün rayon prokurorluqları və daxili işlər
orqanlarının istintaq bölmələrinə göndərilmişdir.

Teqlər: