Bakı ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik – Blinken

Bakı ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik – Blinken

ABŞ müxtəlif sahələrdə Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı bildirib

Söhbət zamanı Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq məsələlərinə də toxunulub.

Entoni Blinken bu ilin fevralında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyev ilə apardığı müzakirələri qeyd edərək, ölkəsinin müxtəlif sahələrdə Azərbaycan ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb.

O, həmçinin COP29 çərçivəsində iki ölkənin nümayəndə heyətlərinin təmaslarını qeyd edib.

Teqlər: