Bakı Fond Birjasında “Optimal Electronics” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib (FOTO)

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Bakı Fond Birjasında (BFB) “Optimal Electronics” MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Trend-in məlumatına görə, hərrac zamanı ümumi məbləği 2,5 milyon manat olan 2,5 min istiqraz (hər biri min manat dəyərində) yerləşdirilib. İstiqrazlar illik 12 faizlə üç il müddətinə buraxılıb.

Qeyd edək ki, bugünkü istiqraz yerləşdirilməsi son iki il ərzində 21-ci olub.


(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: