7 il əvvəl qətl törədən dəstə üzvünün məhkəməsinin vaxtı məlum oldu

Xəbər - Samir Əli – AzerTimes:

Bakıda 7 il əvvəl qətl törətməkdə təqsirləndirilən dəstə üzvünün məhkəməsinin vaxtı məlum olub.

AzerTimes-ın məlumatına görə, Bakı şəhər sakini Böyükağa Əliyevi qətlə yetirməkdə təqsirləndirilən, cinayətkar aləmin üzvü Muxtarov İbrahim Nadir oğlunun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.

Prosesə hakim Faiq Qəniyev sədrlik edəcək. İş üzrə məhkəmənin hazırlıq iclası dekabrın 2-nə təyin edilib.

Xatırladaq ki, İ.Muxtarov 2014-cü ilin avqustun 16-da Bakıda yerləşən gecə klublarının birində Böyükağa Əliyevi qətlə yetirib.

Qətl hadisəsindən sonra İ.Muxtarov Azərbaycanı tərk etsə də, o bu il İnterpol xətti ilə tutularaq istintaq orqanına təhvil verilib.

Teqlər: