Bakı birinciliyinin iştirakçısı Milli Gimnastika Arenasında çıxışı haqqında danışıb

Milli Gimnastika Arenasında çıxış etməkdən çox xoşum gəldi.

Bunu Trend-ə bədii gimnastika üzrə 27-ci Bakı
birinciliyinin iştirakçısı, “Ocaq Sport” klubunu təmsil edən
Nilufər Qasımpova deyib.

“Yarışlara hazırlıq yaxşı keçdi və mən birincilikdəki çıxışımdan
razı qaldım. Yarışlar çox maraqlı keçir. Mən yarışlarda alətsiz və
topla hərəkətlərdə çıxış etdim. Ammə mənim daha çox lent və halqa
ilə çıxış etməkdən xoşum gəlir”, – deyə o bildirib.

Qeyd edək ki, mayın 3-4-də Bakı Milli Gimnastika Arenasında
bədii gimnastika üzrə 27-ci Bakı birinciliyi keçirilir.

Birincilikdə 9 klubdan ümumilikdə 123-ü fərdi və 63-ü qrup
komandasının (12 qrup) üzvü olmaqla 186 gimnast iştirak edir.

Yarışda idmançılar fərdi (balacalar – 2012, 2013, 2014-cü il
təvəllüdlü, yeniyetmələr – 2010-2011-ci il təvəllüdlü, gənclər –
2007-2009-cu il təvəllüdlü) və qrup hərəkətləri proqramında
(balacalar – 2012-2014-cü il təvəllüdlü, yeniyetmələr –
2010-2011-ci il təvəllüdlü) mübarizə aparır.

İki gün davam edəcək yarışda gimnastlar fərdi çoxnövçülükdə və
qrup hərəkətləri proqramında öz aralarında qalibləri
müəyyənləşdirəcəklər.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: