Azad olunmuş ərazilərə keçmək istəyən iki nəfər həbs edildi

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq
icazəsi olmadan keçmək istəyən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AzerTimes-a
verilən məlumata görə, Ağdam rayon sakinləri Famil Kərimov, Tural
Sadaylı və bir yetkinlik yaşına çatmayan şəxs rayonun Hacıməmmədli
kəndi ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd
göstərərkən ərazidə xidmət aparan polis əməkdaşları və Daxili
Qoşunların hərbi qulluqçuları tərəfindən saxlanılıblar. Həmin
şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, ərazidə
partlamamış hərbi vasitələr və minaların insan həyatı üçün
təhlükəli olduğu izah edilib.

Buna baxmayaraq, onlar işğaldan azad edilmiş ərazilərə keçmək
üçün cəhdlərini davam etdiriblər.

Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər nəticəsində hər
üç şəxs saxlanılaraq RPŞ-yə gətirilib. F.Kərimov və T.Sadaylının
barələrində tərtib edilmiş protokollar baxılması üçün rayon
məhkəməsinə göndərilib. Qərara əsasən onların hər ikisi də 20 gün
müddətinə inzibati qaydada həbs olunub. Yetkinlik yaşına çatmayan
bir nəfərə isə xəbərdarlıq edilərək ailəsinə təhvil verilib.

Teqlər: