PwC Azərbaycan 5-ci İllik CEO Sorğusunun nəticələrini təqdim edib (FOTO)

4 may 2022-ci il tarixində PwC Azərbaycan “Four Seasons Hotel
Baku”-da “Azərbaycanda 5-ci İllik CEO Sorğusunun” təqdimatını
keçirib. Azərbaycanda 2022-ci il üzrə CEO Sorğusu, PwC-nin 25-ci
İllik Qlobal CEO Sorğusunun bir hissəsidir. Hesabat Azərbaycanda və
bütün dünyada şirkət rəhbərlərinin qlobal iqtisadiyyatın
bərpasından başlayaraq xalis sıfır emissiyaya malik cəmiyyətə
hazırlığa qədər ən aktual çağırışlara necə cavab verdiyini əks
etdirir.

Tədbirdə 100-dən artıq şirkət rəhbərləri, o cümlədən xarici
səfirliklər, dövlət sektoru, hökumət və media nümayəndələri iştirak
ediblər. PwC Azərbaycanın Ölkə üzrə İdarəedici Partnyoru Mövlan
Paşayev Sorğunun nəticələrini təqdim edib və “Azərbaycan üçün
əhəmiyyətli olan nəticələrə yenidən baxış” mövzusunda panel
müzakirəsinə moderatorluq edib. İqtisadi qeyri-sabitlik şəraitində
biznes-mühit, rəqəmsallaşma tendensiyaları, investisiyalar və
dayanıqlıq mövzusunda panel müzakirələrində PwC Azərbaycanın Ölkə
üzrə İdarəedici Partnyoru Mövlan Paşayev ilə yanaşı “Azerconnect”
MMC-nin Baş Direktoru Emil Məsimov, “PASHA Investments” MMC-nin Baş
İcraçı Direktoru Nəriman Sərdarlı və “BP”-nin Xəzər regionunda
kommunikasiya və xarici əlaqələr üzrə Vitse-Prezidenti Bəxtiyar
Aslanbəyli iştirak edib.

“Azərbaycanda və bütün dünyada iqtisadi artımla bağlı nikbinlik
güclənməkdə davam edir və hətta ötən illə müqayisədə daha da artıb.
Bu, pandemiyanın ikinci ilində, yəni 2021-ci ildə tələbatın sürətlə
bərpası faktı ilə təsdiqlənir. Sağlamlıq riskləri yenidən bir
nömrəli təhlükə olaraq qalmaqdadır, geosiyasi münaqişələr isə
ikinci yerdə dayanır. Mikroiqtisadi dəyişkənlik kifayət qədər
yüksəkdir və Rusiya-Ukrayna müharibəsi, eləcə də güclü geosiyasi
turbulentliyi nəzərə alaraq, bu riskin il ərzində artacağı
gözlənilir”, PwC Azərbaycan-ın Ölkə üzrə İdarəedici Partnyoru
Mövlan Paşayev öz çıxışında bildirib.

Sorğunun əsas nəticələri:

  • Azərbaycandakı şirkət rəhbərlərinin 79%-i növbəti 12 ay ərzində
    qlobal iqtisadi artım tempinin yüksələcəyinə inanırlar;
  • Azərbaycandakı şirkət rəhbərlərinin 77%-i öz şirkətlərinin
    inkişaf etməsinə çox inanırlar;
  • Azərbaycandakı şirkət rəhbərlərinin 62%-i sağlamlıq risklərini,
    daha sonra isə geosiyasi münaqişələri (48%) həll olunmalı əsas
    prioritetli məsələ kimi nəzərdən keçirirlər. Kiber risklər və
    makroiqtisadi dəyişkənlik hələ də əsas təhlükələr
    sırasındadır;
  • Azərbaycanda fəaliyyət göstərən şirkətlərin 18%-i “xalis sıfır”
    öhdəliyi götürüb və ya götürmək niyyətindədir;
  • Azərbaycandakı şirkət rəhbərlərinin 50%-i ən azı ildə bir dəfə
    yeni layihələrə sərmayə yatırır.

* Sorğu üçün tədqiqat bu ilin fevralın 24-də Ukraynada müharibə
başlamazdan əvvəl, 2021-ci ilin oktyabr, noyabr və dekabr aylarında
aparılıb və bu səbəbdən cavablar CEO-ların müharibənin təsiri
nəticəsində formalaşan əhval-ruhiyyəsini və fikirlərini əks
etdirmir.

Qeyd:
Hesabatı burden yükləyə bilərsiniz: https://pwc.to/34XWfmF

Teqlər: