AzMİU-nun tədqiqatçıları üçün Scopus bazasının resurslarından istifadə metodları ilə bağlı vebinar keçirilib (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU)
Elmi-tədqiqat şöbəsinin təşkilatçılığı ilə Elsevier şirkəti
professor-müəllim heyəti üçün “Məqalə nəşr etmək üçün jurnalları
necə seçməli?” adlı onlayn vebinar keçirilib.

Elsevier şirkətinin analitik işlər üzrə məsləhətçisi Kirill
İvanov çıxışında beynəlxalq elmi nəşrlərdə məqalə nəşr etməyi
planlaşdıran hər kəs üçün aktual olan məsələlərə toxunub, Scopus
bazasından istifadə edərək platformada axtarışın müxtəlif üsulları,
o cümlədən, məqalələrin mövzusundan asılı olaraq uyğun jurnalların
tapılması qaydaları barədə məlumat verib. Məruzəçi Scopus bazasında
olan jurnallarda məqalələrə qoyulmuş tələblər, elmi məqalələrin
təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki
məsələlərdən də danışıb, professor-müəllim heyətini maraqlandıran
sualları cavablandırıb.

Vebinarın sonunda 50 nəfər iştirakçı sertifikatlarla təltif
olunub.

Məlumat üçün qeyd edək ki, təlimin keçirilməsində məqsəd
professor-müəllim heyətini, xüsusi ilə də gənc alim və
tədqiqatçıları mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında
və təbliğində böyük imkanlara malik olan Scopus bazasının
resurslarından istifadə metodları, bazaya daxil olan nüfuzlu
beynəlxalq jurnallarda məqalələrə qoyulan tələblər və onların idarə
edilmə prinsipləriylə tanış etməkdir.

Teqlər: