AzMİU-nun müəllimi UNESCO yanında “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü seçilib (FOTO)

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) baş
müəllimi, İtaliya – Azərbaycan Dizayn Mərkəzinin direktoru,
memarlıq üzrə fəlsəfə doktoru Fərid Kərimov UNESCO yanında təsis
edilən “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü
seçilib. Akademiyanın Bakı nümayindəliyində, Arif Aziz Art House
sənət evində keçirilən təqdimat mərasimində qurumun üzvləri,
ölkəmizin görkəmli elm və incəsənət xadimləri, AzMİU və ADMİU-nun
müəllim-tələbə heyəti, İtaliya səfirliyinin əməkdaşları iştrak
ediblər. Fərid Kərimovla yanaşı Xalq rəssamı, professor,
heykəltaraş Natiq Əliyev də Akademiyaya üzv seçilib. Təqdimatda
“Yeni Era” Dünya Rəssamlıq Akademiyasının prezidenti Anatoliy
Silov, Bakı nümayindəliyinin müdiri, xalq rəssamı Arif Əziz, xalq
rəssamı Xanlar Əhmədov, xalq rəssamı, professor Sakit Məmmədov,
AzMİU-nun Memarlıq fakultəsinin dekanı, professor Zahidə Məmmədova,
“Simurq” Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov yeni
üzvləri təbrik ediblər.

Məlumat üçün qeyd edək ki, 2008-ci ildə UNESCO yanında təsis
edilən “Yeni era” Dünya Rəssamlıq Akademiyasının baş iqamətgahı
Xorvatiyanın Split şəhərində yerləşir. 30 ölkənin üzv olduğu
Akademiyanın fəaliyyət illəri ərzində Çin (Xarbin), Rusiya
(Çeboksarı) və Azərbycanda (Bakı) filialları açılıb. Akademiya
fərqli ölkələrin görkəmli incəsənət nümayəndələrini ümumi
məqsədlərlə birləşdirərək, mədəniyyətlərarası mübadiləni
gücləndirir, korporativ layihələr, beynəlxalq səgilərin təşkili,
auksion evləri ilə əməkdaşlıq, gənc rəssamlara dəstək, mədəni irsin
və bədii ənənələrin qorunması, elmi tədqiqatlar təcrübəsini
gərcəkləşdirir. Hazırda Akademiyanın üzvlərinin sayı 60-dır. Sakit
Məmmədov, Arif Əziz, Səmədağa Cəfərov, Xanlar Əhmədov, Eldar
Qurbanov, Orxan Cəbrayıloğlu, Ülviyyə Həmzəyeva, Nağdəli Xəlilov,
Marqarita Sokolova, Sevil Kərimova, Ənvər Qarayev Azərbaycan
tərəfindən seçilən nümayindələrmizdir. Bakı filialının 2014-cu ildə
“11” adlı kollektiv sərgisi Müasir İncəsənət Muzeyində, 2019-cu
ildə “Bahar ilmələri” xalça və qobelen sərgisi, Muzey mərkəzində
100 rəssamın “Maestro and Masters” kollektiv sərgisi keçirilib.

Teqlər: