Atıcılıq üzrə dünya kubokuda Azərbaycanı təmsil edəcək komanda seçiləcək (FOTO)

Mayın 12-dən başlayan 4 günlük yarışlarda müxtəlif
bölgələrimizdən olan gənclər stend atıcılığı üzrə ölkə kubokunu
qazanmaq uğrunda mübarizə aparıblar.

Azərbaycan Atıcılıq Federasiyasından AzerTimes-a verilən məlumata görə, ölkənin
müxtəlif rayonlarını təmsil edən gənclər stend atıcılığının səngər
və dairəvi növlərində kişilər, qadınlar və qarışıq komanda
kateqoriyalarında yarışıb. Yarışda 15 idmançı müxtəlif
kateqoriyalarda fərqlənərək, diplom və təltiflərlərlə
mükafatlandırılıb.

Növün adı

I yer

II yer

III yer

Fərdi

Səngər stendi (kişilər)

Quliyev Əlimirzə

Hüseynli Əli

Ağazadə Mirmömin

Səngər stendi (qadınlar)

Camalova Aydan

Rəfixanova Alina

Eyvazova Ülviyyə

Dairəvi stend (kişilər)

Ağazadə Niyaz

Qurbanov Fuad

Həsənov Cavid

Dairəvi stend (qadınlar)

Cəfərova Nurlana

Meftaxetdinova Riqina

Nəcəfova Sevda

Qarışıq komanda

Səngər stendi

Quliyev Əlimirzə, Əmrahova Şəfəq

Ağazadə Mirmömin, Babayeva Aydan

Hüseynli Əli, Camalova Aydan

Dairəvi stend

Qurbanov Fuad, Cəfərova Nurlana

Həsənov Cavid, Meftaxetdinova Riqina

Mustafayev Əli, Nəcəfova Sevda

“Atıcılıq idman növünün özünəməxsus xüsusiyyətlərindən biri də
bu yarışla məşğul olmaq üçün uşaq vaxtlarından başlamağın lazım
olmamasıdır. Belə üstünlük bizə imkan verir ki, yeniyetmələrimiz
arasında bu istiqamətdə istedad və bacarığı olanları aşkarlayıb,
ölkəmizi beynəlxalq yarışlarda təmsil etməyə hazırlayaq” – Zemfira
Meftaxetdinova belə deyib.

“Atıcılıq təkcə idman növü deyil, həm də diqqət, səbr və məqsədə
gedən yolu doğru hədəfləyən vərdişlər toplusudur. Biz gənclərimizi
bu sahəyə cəlb etməklə, onlarda həm də bu xüsusiyyətlərin
möhkəmlənməsini arzulayırıq” – bunu Federasiyanın baş katibi Emin
Cəfərov bildirib.

Qeyd edək ki, Respublika Kuboku yarışlarının qaliblərindən
ibarət komanda ölkəmizi mayın 27-dən iyunun 7-dək Bakı Atıcılıq
Mərkəzində keçiriləcək Dünya Kuboku yarışlarında təmsil edəcək.

Teqlər: