“Azərpoçt”un sabiq filial müdirinə cinayət işi başlandı

“Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının sabiq müdirinə
cinayət işi başlanıb.

Binəqədi rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan
“Azərpoçt” MMC-nin 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsində
nağd pul vəsaitləri ilə bağlı çatışmazlığın yaranmasına dair daxil
olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma
aparılıb.

Aparılmış araşdırmalarla qeyd edilən poçt şöbəsinin sabiq müdiri
Gülnarə Xəlilovanın işlədiyi 12.07.2021-ci il tarixdən
09.12.2021-ci il tarixədək olan müddət ərzində şöbənin xəzinəsində
olan 16 min 500 manat və 4 min 500 ABŞ dolları məbləğində nağd pul
vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin
179.2.3 və 179.2.4-cü (şəxs tərəfindən qulluq mövqeyindən istifadə
etməklə mənimsəmə və ya israf etmə-xeyli miqdarda ziyan vurmaqla
törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.

Teqlər: