“Azərpambıq ASK” MMC aztəminatlı ailələrə bayram sovqatları paylayıb (FOTO)

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi olan
“Azərpambıq ASK” MMC tərəfindən xeyriyyə aksiyası keçirilib. Aksiya
iştirakçıları müqəddəs Ramazan bayramı münasibətilə Saatlı,
Sabirabad, İmişli və Beyləqan rayonları üzrə 200 aztəminatlı ailəyə
baş çəkərək, onlara müxtəlif ərzaq məhsullarından ibarət bayram
sovqatları təqdim ediblər.

Bayram sovqatları təqdim olunan ailələr göstərilən diqqət və
qayğıya görə Cəmiyyətin nümayəndələrinə təşəkkür ediblər.

Teqlər: