“Azərbaycan Sənaye Korporasiyası” ASC Ramazan bayramı münasibətilə xeyriyyə aksiyası keçirib (FOTO)

“Azərbaycan Sənaye Korporasiyası” ASC müqəddəs Ramazan bayramı
münasibəti ilə xeyriyyə aksiyası keçirib.

Aksiya çərçivəsində Cəmiyyətin əməkdaşları tərəfindən Nəsimi
rayonu ərazisində yaşayan sosial müdafiəyə ehtiyacı olan 100 ailə
ziyarət edilib və onlara gündəlik tələbatları üçün lazım olan ərzaq
məhsullarından ibarət bayram sovqatları çatdırılıb.

Bayram sovqatları təqdim olunan ailələr müqəddəs Ramazan bayramı
ərəfəsində onlara verilən sosial dəstəyə, diqqət və qayğıya görə
aksiya iştirakçılarına öz minnətdarlıqlarını bildiriblər.

Teqlər: