“Azərlotereya” ani lotereyalarında böyük uduşlar qazanılıb

“Azərlotereya” ASC tərəfindən təşkil olunan ani lotereyalar –
“Brilliant”, “Şans ulduzu” və “Qızıl” 100.000, 50.000 və 25.000
manat böyük uduşları ilə sevindirməyə davam edir. Bu dəfə ard-arda
bir neçə uduş öz şanslı qaliblərinə qismət olub.

“Şans ulduzu” ani lotereyasında növbəti böyük uduş 50.000 manat
Bakı sakini tərəfindən udulub. “Qızıl” ani lotereyasında iki böyük
uduş hərəsi 25.000 manat olmaqla Mingəçevir və Şəmkirdə
qazanılıb.

Uduşlar bununla da bitməyib. “Brilliant” ani lotereyasında böyük
uduş – 100.000 manat Bakıda fəaliyyət göstərən marketlərin birində
paytaxt sakininə qismət olub.

Lotereyaların təşkilində şəffaflıq və uduş fondlarına gəldikdə
isə qeyd edək ki, “Azərlotereya”nın təşkil etdiyi ani lotereyalar
dünyanın aparıcı şans oyunları şirkəti olan “Scientific Games” ilə
əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin
arxasında bilet və uduşların sayı aydın şəkildə yazılır. Lotereya
oyunlarında uduşları qazananların adı və soyadlarının açıqlanması
yalnız uduş qazanan şəxslərin icazəsi ilə mümkündür.

Xatırladaq ki, ani lotereyalarda böyük uduşlar, eləcə də
milyonlarla digər uduşlar qazanmaq şanşı hələ də qalır.

“Azərlotereya” tərəfindən təşkil olunan “Brilliant”, “Şans
ulduzu” və “Qızıl” ani lotereyalarını satış nöqtələri, “Azərpoçt”
şöbələri, “Maxi.az” və “Optimal Elektronika” mağazalar
şəbəkəsindən, eləcə də bütün “Misli” məntəqələrindən əldə etmək
mümkündür.

Teqlər: