“Azərişıq” abonentləri bu xidmətlərdən onlayn yararlana bilərlər

Xəbər - Fərid Zöhrabov – Trend:

“Azərişıq” ASC abonentlərin məmnunluq səviyyəsini artırmaq məqsədilə, xüsusilə də pandemiya dövründə insanların arasında təmasın azaldılması məqsədi ilə ETŞ-nə qoşulma üzrə e-gov.az və azerishiq.az saytlarında elektron xidmətlər tədbiq edib.

ASC-dən AzerTimes-a verilən məlumata görə, noyabr ayında 436 abonent olmaqla cari ilin 11 ayı ərzində 4004 abonent elektron qaydada şəbəkəyə qoşulma üzrı müraciət etmişdir.

“Azərişıq” ASC bu xidmətlərdən istifadə edərək yaşayış və ya iş yerini tərk etmədən, abonentlərin sağlamlığını düşünərək onları xidmətlərdən online yararlanmağa çağırır.

Teqlər: