Azərbaycanla kosmos sahəsində əlaqələrimiz yüksək səviyyədədir – Türkiyə Kosmos Agentliyinin rəhbəri

Xəbər - Çingiz Səfərli – Trend:

Azərbaycanla kosmos sahəsində əlaqələrimiz yüksək səviyyədədir.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin Kosmos Agentliyinin rəhbəri Sərdar Hüseyn Yıldırım “Kosmosda gələcək, gələcəkdə kosmos” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində həyata keçiriləcək layihələrlə bağlı danışıqlar aparılır.

“Bazar ertəsi günü keçiriləcək iclas çərçivəsində ikitərəfli görüşümüz olacaq. Layihələrin bir qismini Türkiyə və Azərbaycan olaraq bir yerdə həyata keçirə bilərik. Bəziləri üçün də digər ölkələrlə əməkdaşlıq edəcəyik. Bu, bir az da hansı layihədə kimin necə iştirak etmək istəməsi ilə bağlı məsələdir. Ümumilikdə, iki ölkə arasında bu sahədə əlaqələr yüksək səviyyədədir”, – o əlavə edib.

Qeyd edək ki, dekabrın 20-də Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölklərin iştirakı ilə kosmos sahəsində əməkdaşlığa dair iclas keçiriləcək.

Teqlər: