Xankəndi də daxil olmaqla Qarabağ iqtisadi zonasına aid ərazilər
ötən əsrin 80-ci illərində Azərbaycan tərəfindən qazlaşdırılmış və
infrastruktur yaradılmışdı. Sonrakı işğal dövründə bu
infrastrukturun böyük bir qismi ermənilər tərəfindən
dağıdılmışdı.
AzerTimes-ın məlumatına görə,
bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) Yeni qazlaşma və inkişaf
şöbəsinin rəisi Teymur Cəfərov deyib.
“Həmin ərazilər Azərbaycanın suveren ərazisidir, əzəli, tarixi
torpaqlarıdır. Həmin ərazilərdə qaz infrastrukturunda işlər yalnız
Azərbaycan tərəfindən görülə bilər. Hazırda Xankəndi şəhərinə gedən
qaz xətti üzərində “Azəriqaz” tərəfindən müəyyən təmir işləri
aparılmışdı. Hazırda şəhər təbii qazla təmin olunur. Növbəti
mərhələlərdə nəzərdə tutulub ki, bütün o ərazilərdə qaz
infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada,
müasir tələblərə cavab verərək və tam şəkildə yenidən qurulsun. O
cümlədən Xankəndi şəhərinin qaz təchizatı sisteminin də yenidən
qurulması nəzərdə tutulur. Həmin ərazilərdə qurulacaq
infrastrukturdan Azərbaycan vətəndaşları normal şəkildə yararlana
biləcəklər”, – deyə şöbə rəisi qeyd edib.