“AzerGold” yeni istiqrazların buraxılışını planlaşdırır

Xəbər - Nəzrin İsrafilova – Trend:

“AzerGold” QSC yeni istiqrazların buraxılışını planlaşdırır.

Bunu QSC-nin İdarə heyətinin sədri Zakir İbrahimov 2021-ci ilin yekunlarına və qarşıda duran tapşırıqlara həsr olunmuş mətbuat konfransında Trend-in sualını cavablandırarkən deyib.

“AzerGold” maliyyələşdirmə üsullarını nəzərdən keçirir və istiqraz buraxılışı bu üsullardan biridir. 2020-ci ildə 20 milyon dollar məbləğində istiqrazlar buraxılıb və bunlara maraq gözlənildiyindən daha çox olub. Biz istiqrazları plana uyğun ödəyirik və çox şadıq ki, qeyri-neft sektorunda istiqraz buraxmış ilk dövlət şirkətiyik. Biz artıq yeni istiqrazların buraxılışını planlaşdırırıq”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)