Azercell-dən Novruza özəl kampaniya!

Novruz bayramı münasibətilə Azercell öz abunəçilərinə xoş
əhval-ruhiyyəli hədiyyə hazırlayıb. “Bağlantını asanlaşdırır,
həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq şirkət
internetdən çox istifadə edən, sürətli mobil internetə ehtiyacı
olan abunəçiləri üçün bayram ərəfəsində Wi-Fi modeminin satışına
xüsusi endirim tətbiq edir.

Novruz kampaniyası çərçivəsində Azercell Wi-Fi cihazı cəmi 99
AZN-ə təqdim edilir. Hədiyyəli aksiya zamanı modemlə yanaşı,
abunəçilərə 1 aylıq 30GB həmində internet də hədiyyə olunur. Bu
güzəştli kampaniya 31 mart 2022-ci il tarixinə qədər davam
edəcək.

Müasir dizayna malik Azercell Wi-Fi cihazı eyni anda 32-ə qədər
qurğunun yüksəksürətli internetə qoşulmasına imkan yaradır. Bu
universal modemin köməyilə yalnız smartfonlar deyil, kompüter,
noutbuk, planşet, printer, hətta televizoru da şəbəkəyə qoşmaq
olar. Bu da ailə üzvlərinin hər birinin öz zövqünə uyğun olaraq
eyni anda rahatlıqla internetdən istifadəsini mümkün edir.

4G və 3G şəbəkələrini dəstəkləyən modem sayəsində 20 metrlik
radiusda stabil internetə qoşulmaq mümkündür. Cihazla birgə “Data”
tarifinə aid olan fakturasız xətt nömrəsi də təqdim olunur. Birinci
ay bu nömrədə 30GB-lıq internet paketindən pulsuz yararlanmaq
olar.

Qeyd edək ki, kampaniya yalnız fakturasız xətt (SimSim)
abunəçiləri üçün nəzərdə tutulub. Abunəçilər hədiyyə internet
trafiki ilə yanaşı, digər aylıq internet paketlərindən də yararlana
bilərlər.

Kampaniya çərçivəsində endirimli Wi-Fi cihazını istənilən
Azercell diler mağazasından əldə etmək mümkündür. Qurğunun texniki
parametrləri və kampaniyanın təfərrüatları ilə daha ətraflı
məlumatı Azercell-in rəsmi veb-səhifəsindən əldə etmək olar:
www.azercell.com

Teqlər: