Azercell Azərbaycandan Ukraynaya zəngləri martın 2-nə qədər pulsuz edəcək

Ukraynada hərbi vəziyyətlə əlaqədar “Azercell Telekom” MMC
hazırda orda olan Azərbaycan vətəndaşları, həmçinin
vətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsintisiz rabitə
əlaqəsini təmin etmək məqsədilə 27 fevral-2 mart 2022-ci il
tarixləri arasında Azərbaycandan Ukrayna istiqamətində edilən
telefon zənglərini bütün Azercell abunəçiləri üçün ödənişsiz təqdim
edəcək.

Ukrayna istiqamətində mobil rabitə xəttlərində mümkün yüklənmə
riskinin və pulsuz bağlantıdan sui-istifadə hallarının qarşısının
alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən
güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir.

Xatırladaq ki, Azercell daha öncə Ukraynada olan abunəçilərinin
balansına 50 azn həcmində vəsait yükləmişdir.

Azercell hər zaman abunəçilərinin xidmətindədir: Çağrı Mərkəzi
(ümumi əlaqə nömrəsi *1111, fakturasız xətt abunəçiləri üçün (012)
490 49 49, fakturalı xətt abunəçiləri üçün (012) 490 52 52) və
Online Dəstək xidməti 24 saat ərzində abunəçilər üçün açıqdır.
Əlavə olaraq “Kabinetim” tətbiqi üzərindən də müraciət etmək
mümkündür:
https://www.azercell.com/az/personal/digital-solutions/kabinetim.html