Fevralın 22-də Ermənistanın paytaxtı Yerevanda AVRONEST
Parlament Assambleyasının komitə iclasları keçiriləcək.
Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, tədbirlərdə Milli
Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin
üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər.
Deputatlarımız iclaslarda müzakirə olunacaq məsələlərə
Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.