Samux sakini külli miqdarda heroinlə saxlanılıb

Samux sakinində narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional
qrupundan AzerTimes-a verilən
məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının
daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib
saxlamaqda şübhəli bilinən rayon sakini, Mahir Mehrəliyev
saxlanılaraq polis şöbəsinə gətirilib.

Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik
vasitə olan “heroin” aşkar edilərək götürülüb.


Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla
bağlı RPŞ-də araşdırmalar davam etdirilir.

Teqlər: