Bakıda sərnişin avtobusunun iştirakı ilə qəza olub

Xəbər - Fərid Zöhrabov – Trend:

Bakıda “BakuBus” MMC-ə məxsus 14 nömrəli marşrut xətti ilə
hərəkət edən avtobus qəza törədib.

Bunu Trend-ə açıqlamasında Bakı Nəqliyyat
Agentliyinin Mətbuat katibi Mais Ağayev deyib.

Hadisə səhər saatlarında paytaxtın Nəsimi rayonunda Füzuli
küçəsində baş verib.

“Belə ki, 99-JJ-825 dövlət nömrə nişanlı sərnişin avtobusu yol
kənarındakı səkinin üstünə çıxıb. Sürücü ayağından yüngül xəsarət
alıb. Sərnişinlərin heç biri xəsarət almayıb. İlkin ehtimallara
görə qəzaya avtobusun qarşısına çıxan digər avtomobil səbəbindən
sürücünün idarəetməni itirməsi olub”.

Teqlər: