Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 20 faizdən çox artıb

2022-ci ilin yanvr-fevral aylarında Azərbaycanla Rusiya arasında
ticarət dövriyyəsinin həcmi 405 milyon dolları ötüb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, bu göstərici ötən ilin
eyni dövrü ilə müqayisədə təxminən 22 faiz artıb.

Hesabata əsasən, bu ilin ilk iki ayı ərzində Azərbaycandan
Rusiyaya ixrac 38 faiz artaraq 123 milyon dollara, Rusiyadan idxal
isə 16 faiz artaraq 282,332 milyon dollara çatıb.

2022-ci ilin yanvr-fevral aylarında Azərbaycanın xarici ticarət
dövriyyəsində Rusiyanın payı 5,1 faiz təşkil edib.

Qeyd edək ki, 2021-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi
2020-ci illə müqayisədə 12 faizdən çox artaraq 3 milyard dollara
çatmışdı.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: