Azərbaycanla Moldova arasında birbaşa aviareyslərin açılması müzakirə edilir

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanla Moldova arasında birbaşa aviareyslərin açılması məsələsi müzakirə edilir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, iki ölkə arasında siyasi və iqtisadi sahələrdə səmərəli əməkdaşlıq mövcuddur.


“Azərbaycan və Moldova arasında birbaşa aviareyslərin açılması bu əlaqələrin inkişafına mühüm dəstək verə bilər”, – N.Popesku deyib.

Teqlər: