Enerji sahəsində əməkdaşığın inkişaf etdirilməsi vacib əhəmiyyət kəsb edir – Moldovalı nazir

Xəbər - Elçin Mehdiyev – Trend:

Moldova hər zaman Azərbaycann ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını dstəkləyib və bu gün bu mövqeyində dayanır.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya naziri Niku Popesku Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, iki ölkə arasında səmərəli əməkdaşlıq mövcuddur.

“Bu günki görüşdə çox səmərəli müzakirələr aparıldı, əlaqələrimizin inkişaf perspektivləri müzakirə olundu. Hesab edirik ki, siyasi əlqələrin inkişafı iqtisadi əlaqələrin də inkişafına şərait yaradır. Əlbəttə enerji sahəsində əməkdaşığın inkişaf etdirilməsi vacib əhəmiyyət kəsb edir”, – deyə nazir bildirib.

Teqlər: