Xəbər - Elnur Bağışov – Trend:
Azərbaycan və İranın müxtəlif qurumları arasında anlaşma və
sazişlər imzalanacaq.
AzerTimes-ın məlumatına görə,
bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana
səfər etməzdən öncə verdiyi açıqlamada deyib.
R.Qaseminin sözlərinə görə, bununla əlaqədar iki ölkə arasında
Hökumətlərarası Birgə İqtisadi Komissiyasının 15-ci iclasında qərar
veriləcək.
İranlı nazir bildirib ki, Azərbaycan vətəndaşlarının İran
ərazisindən keçməklə Naxçıvana və əks istiqamətdə səfəri üzrə
anlaşma sənədi imzalanacaq.
“Komissiyanın iclasında enerji, sənaye sektorunda anlaşmalar
əldə olunacaq. Kənd təsərrüfatı üzrə əməkdaşlıq, iki ölkə arasında
məhsul mübadiləsi də müzakirə olunacaq. Həmçinin Azərbaycanda
İranın “Irankhodro” avtomobilqayırma şirkətinin fəaliyyətinin
artırılması nəzərdə tutulub”, – deyə o qeyd edib.