Azərbaycan təşkilat komitəsinə Akrobatika gimnastikası üzrə dünya çempionatının keçirilməsində göstərdiyi səylərə görə səmimi qəlbdən minnətdarlığımı bildirirəm – Vatanabe

AzerTimes-ın məlumatına görə,
bunu Beynəlxalq Gimnastika Federasiyasının Prezidenti Morinari
Vatanabe Akrobatika gimnastikası üzrə 28-ci Dünya Çempionatının
açılış mərasimində deyib.

“Hər kəsi salamlayıram!

Sizi Bakıda keçirilən Akrobatika Gimnastikası üzrə 28-ci Dünya
Çempionatında gördüyümə çox şadam. Hazırkı vəziyyət heç də asan
deyil.

Son günlər dünyada baş verən ürəkağrıdan hadisələr və bundan
əziyyət çəkən insanlara görə dərin təəssüf və kədər hissi
keçirirəm. Ümid edirəm ki, bütün insanların sağlam və sülh
şəraitində yaşayacağı gün tezliklə gələcək.

Qlobal pandemiyanın hökm sürdüyü və müharibə ilə üzləşən bir
qitədə Dünya Çempionatının keçirilməsi böyük məsuliyyətdir.

Lakin, seçim şansımız yoxdur və biz ciddi tədbirlərə riayət
etməliyik.

Bilirəm ki, bu, idmançılar və rəsmilər üçün daha çox təzyiqə
səbəb olacaq. Lakin sizin dostluq və həmrəyliyimizi bütün dünyaya
nümayiş etdirəcəyinizə inanıram.

Sonda, yerli təşkilat komitəsinə, könüllülərə və bu tədbirin
həyata keçirilməsində əməyi olanlara göstərdikləri səylərə görə
səmimi qəlbdən minnətdarlığımı bildirirəm.

İndi isə, Bakıdakı 28-ci Dünya Çempionatının açıq elan olunması
şərəfinə nail oluram”, – M.Vatanabe deyib.

Teqlər: