Azərbaycanla Gürcüstan arasında hərəkət bu hallarda dayandırıla bilər

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycan və Gürcüstan arasında ayrı-ayrı buraxılış
məntəqələrində dövlət sərhədlərində hərəkətin hansı halda
dayandırılacağı və ya məhdudlaşdırılacağı məlum olub.

AzerTimes xəbər verir
ki, bu barədə parlamentin plenar iclasına tövsiyə edilən
“Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında
Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhədindən
buraxılış məntəqələri haqqında” Sazişin təsdiq edilməsi barədə”
qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ayrı-ayrı buraxılış məntəqələrində dövlət
sərhədlərində hərəkətin dayandırılması və ya məhdudlaşdırılması
sanitar-karantin, baytar, fitosanitar səbəblərdən, habelə fövqəladə
və ya hərbi vəziyyət, ictimai təhlükəsizlik anlamından, təbii
fəlakət üzündən, karantinli zərərli orqanizmlər, epidemiya və
epizootiyalar yayıldıqda tətbiq oluna bilər.

Hərəkəti dayandırmaq və ya məhdudlaşdırmaq niyyətində olan tərəf
buraxılış məntəqələrində hərəkətin dayandırılması və
məhdudlaşdırılması səbəblərini və müddətin göstərilməklə,
planlaşdırılan dayandırma və ya məhdudlaşdırmadan 5 (beş) gündən
gec olmayaraq bu barədə digər tərəfi diplomatik kanallar vasitəsilə
məlumatlandırır.

Fövqəladə hallar və ya təbii fəlakətlər zamanı hərəkətin
dayandırılmasından əvvəl 24 saatdan gec olmayaraq qarşı tərəfi
məlumatlandırma həyata keçirilməlidir.

Buraxılış məntəqələrinin obyektlərinin və ya komnukasiya
qurğularının nəzərdə tutulan təmiri ilə bağlı dövlət
sərhədindəhərəkətin dayandırılması və ya məhdudlaşdırılması
barəsində tərəflər bu işlərin başlanmasından əvvəl 3 aydan gec
olmayaraq onların başa çatma vaxtını bildirməklə bir-birini
məlumatlandırırlar.

Teqlər: