Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyədə Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb.

Trend-in
məlumatına görə, bu barədə Türkiyənin Sahil mühafizə xidməti
bildirib.

Qeyd olunur ki, boğaz əlverişsiz hava şəraiti ilə əlaqədar
ikitərəfli olaraq bağlanıb.

Eyni zamanda, Türkiyədə hava şəraiti ilə əlaqədar hava
limanlarında uçuşlar dayandırılıb.

“Türk Hava Yolları” İstanbulun iki hava limanında 400-dən çox
reys, o cümlədən 71 xarici reys təxirə salınıb.