Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə
və səlahiyyətli səfiri Abdelouahab Osman Kiçik və Orta Biznesin
İnkişafı Agentliyində (KOBİA) olub.
Agentlikdən AzerTimes-a verilən
məlumata görə, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və
səfir Abdelouahab Osman arasında keçirilmiş görüşdə KOB sektorunda
əməkdaşlığın genişləndirilməsində hər iki ölkənin maraqlı olduğu
vurğulanıb, Əlcəzairin KOB-ların inkişafına dəstək göstərən
təşkilatları ilə əlaqələrin qurulmasına və təcrübə mübadiləsinə,
eləcə də əməkdaşlıq üçün potensial sektorların müəyyən olunmasına
dair fikir mübadiləsi aparılıb.