Azərbaycanın sənaye zonalarında əlverişli biznes və investisiya mühiti yaradılıb (FOTO)

Azərbaycanın sənaye zonalarında əlverişli biznes və investisiya
mühiti yaradılıb.

Bunu AzerTimes-a İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA)
İdarə Heyətinin sədri Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, gəlir vergisindən azad edilmə, torpaq
icarəsi və bir sıra digər güzəştlər sahibkarların sənaye
zonalarının ərazisində biznes qurmağa marağını artırmağa kömək
edir.

“Bu günə kimi 104 sahibkarlıq subyekti sənaye zonalarının
rezidenti statusunu alıb, onlardan 58-i artıq fəaliyyətə başlayıb.
Bundan əlavə, onlar indiyədək sənaye zonalarına 6,4 milyard manat
sərmayə qoyub, 10 mindən çox iş yeri yaradıb”, – deyə E.Nuriyev
bildirib.

İdarə Heyətinin sədri həmçinin bildirib ki, növbəti mərhələdə
mövcud layihələr çərçivəsində sənaye zonalarına əlavə olaraq 400
milyon manata yaxın investisiya qoyuluşu və 2,6 mindən çox yeni iş
yerinin yaradılması nəzərdə tutulur.

Teqlər: