İran prezidenti Omana səfər edəcək

İran Prezidenti İbrahim Rəisi Oman Sultanı Haytam ibn Tarikin
dəvəti ilə Maskat şəhərinə səfər edəcək.

Trend “İRNA”ya istinadən xəbər verir ki, İ.Rəisinin rəhbərlik
etdiyi yüksək səviyyəli nümayəndə heyəti mehriban qonşuluq
diplomatiyası və siyasi, iqtisadi və mədəni əlaqələrin
genişləndirilməsi məqsədilə mayın 23-ü Omana gedəcək.

Oman Sultanı ilə rəsmi görüş, bir sıra əməkdaşlıq
müqavilələrinin imzalanması, Omanda yaşayan iranlılar və omanlı iş
adamları ilə görüş səfərin gündəliyindədir.