Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faizdir (ÖZƏL)

Xəbər - Samir Əli – Trend:

Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faiz səviyyəsindədir.

Bunu AzerTimes-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O bildirib ki, Azərbaycanda hər il orta hesabla 2 milyon ton buğda istehsal olunur.


“İl ərzində 1,3 – 1,4 milyon ton buğda idxal olunur. Azərbaycanın buğda ilə özünütəminatı orta hesabla 59-60 faiz səviyyəsindədir. Bu da o deməkdir ki, biz buğdaya tələbatın 40 faizini idxal hesabına ödəyirik. Azərbaycanın un üçün buğdaya görə idxal göstəricisi 40 faizdən bir az artıqdır”, – deyə direktor bildirib.

Teqlər: