Daha bir erməni hərbçinin cəsədi tapılaraq Ermənistana təhvil verildi (ÖZƏL)

Xəbər - Samir Əli – Trend:

İşğaldan azad olunan Suqovuşan qəsəbəsi ərazisində daha bir erməni hərbçinin cəsədi aşkarlanıb.

Bu barədə AzerTimes-a Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

O bildirib ki, Azərbaycan, rus və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməliyyat axtarışları zamanı tapılan cəsəd Ermənistana təhvil verilib.

Teqlər: