Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında qlobal tədarük zəncirində rolunun artması gözlənilir – Taleh Ziyadov

Xəbər - Sədrəddin Ağcayev – Trend:

Azərbaycanın Avropa və Mərkəzi Asiya arasında qlobal tədarük
zəncirində rolunun artması gözlənilir.

Trend-in
məlumatına görə, bunu “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”
QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov deyib.

Onun sözlərinə görə, son dövrlərin hadisələri Trans-Xəzər
beynəlxalq nəqliyyat marşrutunun artan potensialını nümayiş
etdirir.

“Birincisi, bu marşrutun potensialı və qısa və ortamüddətli
perspektivdə artmaqda olacaq. Bu marşrut təkcə region ölkələri üçün
deyil, həm də dənizə çıxışı olmayan ölkələr üçün, eləcə də Çin və
Avropa arasında logistikanın yaradılması baxımından maraq kəsb
edir. İkincisi, ölkəmiz logistika qovşağına çevrilməyin
astanasındadır. Qara dəniz limanlarından konteynerlər artıq Bakı
limanına çatdırılır və biz bundan sonra paylayıcı mərkəz rolunu
oynayacağıq. Üçüncüsü, Zəngəzur dəhlizinin reallaşdırılması həm
Şimal-Cənub marşrutu üzrə, həm də Mərkəzi Asiya və Çindən, eləcə də
Aralıq dənizi regionundan yüklərin daşınmasını əhatə edəcək.
Azərbaycanın nəqliyyat infrastrukturu Avropa və Mərkəzi Asiya
ölkələri arasında arasında dayanıqlı tədarük zəncirini
reallaşdırmağa imkan verəcək”, – deyə o bildirib.

Twitter: agdzhaev

(Tərcümə: Orxan Nəbiyev)