Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb

Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu artıq başa çatıb və
kvotada nəzərdə tutulan 680 yerin hamısı üçün müraciət edilib.

Bu barədə AzerTimes-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat
verilib.

Qeyd edilib ki, zəvvarlar iyun ayının 29-30-u və iyul ayının
1-2-si Həcc ziyarətinə yola düşəcəklər, iyulun 19-20-si isə geri
dönəcəklər.

Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanı
Azərbaycana 680 nəfərlik kvota verib.

Teqlər: