Azərbaycanda vəkillik fəaliyyəti ilə bağlı qaydalara dəyişiklik edilir

Xəbər - Elçin Mehdiyev – AzerTimes:

Azərbaycanda vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dəyişiklik edilir.

AzerTimes-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə qanunda “vəkil qurumu” anlayışı dəqiqləşdirilir.

Belə ki, vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılıb, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətilərini əlaqələndirən hüquqi şəxsdir.

Teqlər: