Azərbaycanda avtomobil satışı yeni qaydada aparılacaq

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilir.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.


Dəyişikliyə əsasən, ixtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Teqlər: