Azərbaycanda sənaye istehsalının həcmi açıqlanıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən
fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-mart aylarında
20,6 milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə
müqayisədə 3,9 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə,
neft-qaz sektorunda məhsul istehsalı 1,1 faiz, qeyri neft-qaz
sektorunda isə 18,1 faiz artıb.

Sənaye məhsulunun 73,7 faizi mədənçıxarma sektorunda, 21,6 faizi
emal sektorunda, 4,2 faizi elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su
təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal
olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,4 faiz azalıb,
əmtəəlik qaz hasilatı isə 16,4 faiz artıb.

Emal sektorunda sair nəqliyyat vasitələrinin istehsalı 6,6 dəfə,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, elektrik
avadanlıqlarının istehsalı 2,1 dəfə, tikinti materiallarının
istehsalı 83,8 faiz, mebel istehsalı 70,0 faiz, kimya sənayesi
məhsullarının istehsalı 69,1 faiz, əczaçılıq məhsullarının
istehsalı 67,4 faiz, geyim istehsalı 50,2 faiz, metallurgiya
sənayesi məhsullarının istehsalı 34,9 faiz, rezin və plastik kütlə
məmulatlarının istehsalı 29,3 faiz, kağız və karton istehsalı 27,3
faiz, poliqrafiya məhsullarının istehsalı 25,2 faiz, maşın və
avadanlıqların istehsalı 23,0 faiz, neft məhsullarının istehsalı
16,2 faiz, hazır metal məmulatlarının istehsalı 15,2 faiz, qida
məhsullarının istehsalı 9,4 faiz, ağacın emalı və ağacdan
məmulatların istehsalı 5,4 faiz, tütün məmulatlarının istehsalı 4,5
faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,1 faiz
artmış, toxuculuq sənayesi məhsullarının istehsalı 10,1 faiz, maşın
və avadanlıqların quraşdırılması və təmiri işləri 14,8 faiz,
içkilərin istehsalı 20,0 faiz, dəri və dəri məmulatlarının,
ayaqqabıların istehsalı 21,6 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və
təchizatı sektorunda istehsalın həcmi 2,2 faiz, su təchizatı,
tullantıların təmizlənməsi və emalı sektorunda isə 10,2 faiz
artıb.

Teqlər: