Azərbaycanda qeyri neft-qaz sektorunda məhsul istehsalı 15 faizdən çox artıb

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi
sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-aprel aylarında 27,4
milyard manatlıq və ya 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə
2,7 faiz çox sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə,
neft-qaz sektorunda məhsul istehsalı 0,3 faiz, qeyri neft-qaz
sektorunda isə 15,1 faiz artıb.

Sənaye məhsulunun 74,5 faizi mədənçıxarma sektorunda, 21,1 faizi
emal sektorunda, 3,9 faizi elektrik enerjisi, qaz və buxar
istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su
təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal
olunub.

Teqlər: