Milli Məclisin yeni Aparat rəhbəri kimdir? – DOSYE

Milli Məclisin yeni Aparat rəhbəri Hacıyev Fərid Famil oğlunun
tərcümeyi halı açıqlanıb.

Milli Məclisdən AzerTimes-a verilən məlumata görə, Hacıyev Fərid
Famil oğlu 1989-cu ildə Bakı şəhərində anadan olub.

O, orta təhsilini 23 saylı orta məktəbdə alıb, Bakı Dövlət
Universitetinin Hüquq fakültəsinə daxil olub. Həmçinin Azərbaycan
Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
Dövlət qulluğunun təşkili və idarəedilməsi üzrə magistr təhsili
alıb.

F.Hacıyev Universitetdə təhsil aldığı dövrdə müxtəlif
şirkətlərdə hüquq məsləhətçisi kimi çalışıb. O, 2012-ci ildən
Azərbaycan Respublikasının Milli Məclisində fəaliyyət göstərməyə
başlayıb və ötən dövrdə Milli Məclis Aparatında müxtəlif
vəzifələrdə çalışıb. Bu vəzifəyə təyin olunana qədər isə Milli
Məclis Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin
müdiri vəzifəsində işləyib.

F.Hacıyev Azərbaycan, ingilis və rus dillərini bilir. Ailəlidir,
iki övladı var.

Teqlər: